Şirvanda kişi dəm qazından boğulub öldü

Şirvanda kişi dəm qazından boğulub öldü
01:42 29-11-2020 | icon 236

Şirvanda dəm qazından ölüm hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.

Belə ki, həmin ünvanda yaşayan Şirvan şəhər sakini, 1967-ci il təvəllüdlü Fətiyev Zəfər Sabir oğlu yaşadığı evdə dəm qazından boğularaq ölüb.

Onun meyiti müayinə olunması üçün məhkəmə-tibbi ekspertizasına aparılıb.

Fakt araşdırılır.