Hadisə koronavirusa yoluxdu

Hadisə koronavirusa yoluxdu
11:28 25-11-2020 | icon 800

Türkiyənin pop ulduzu Hadisə koronavirusa yoluxub.

Bu barədə “aHBR” məlumat yayıb.

Bildirilir ki, karantin müddətini sevgilisi Kaan Yıldırımla keçirən Hadisə konsertlərinə ara verib, qaydalara diqqət etsə də xəstəlik ondan yan keçməyib.

Testi pozitiv çıxan müğənni dərhal sevgilisindən ayrılaraq başqa evinə gedib.