Sosial İnkişaf Fondu yaşayış binasının tikintisi üçün 3 milyon manat ödəyəcək

Sosial İnkişaf Fondu yaşayış binasının tikintisi üçün 3 milyon manat ödəyəcək
15:13 21-11-2020 | icon 560

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tenderin qalibini açıqlayıb.

FED.az xəbər verir ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Bakı şəhəri Binəqədi rayonu, Xocasən qəsəbəsi ərazisində 810 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 9 mərtəbəli 54 mənzilli 13 №-li yaşayış binasının tikintisi  tenderində iştirak edən iddiaçıların qiymət təklifləri qiymətləndirib. Açıq tenderin qalibi  “Akkord General Construction” MMC olmuşdur.

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu qalib şirkətə 3 milyon 228 min 884 manat ödəyəcək.