Rusiyada uşaq bağçasında qəddarlıq hər kəsi ayağa qaldırdı - VİDEO

Rusiyada uşaq bağçasında qəddarlıq hər kəsi ayağa qaldırdı - VİDEO
18:56 19-11-2020 | icon 652

Rusiyanın Xabarovsk diyarında uşaq bağçasında baş verənlər böyük səs-küyə səbəb olub. Belə ki, bununla bağlı yayılan kadrlarda tərbiyəçinin balacanı döyməsi əks olunub.

Hadisənin görüntülərini 360 TV yayımlayıb.

Videoda uşaqların masa arxasında əyləşib yemək yedikləri görünür. Bu vaxt tərbiyəçi balacalardan birinə yaxınlaşaraq onu vurur və yemək yeməyə məcbur edir.

Bunu öyrənən valideynləri şikayət ediblər. Bundan sonra pedaqoq işdən uzaqlaşdırılıb.

Prokurorluq yoxlamalara başlayıb.