Daha bir Avropa ölkəsi sərt karantin rejiminə qayıdır

Daha bir Avropa ölkəsi sərt karantin rejiminə qayıdır
01:49 01-11-2020 | icon 82

Portuqaliya hökumət ölkədə qüvvədə olan karantin rejimini sərtləşdiriləcəyini elan edib.

TASS agentliyi xəbər verir ki, qərar koronavirusun geniş yayılması səbəbi ilə verilib.

“Pandemiyaya qarşı mübarizədə daha sərt məhdudlaşdırıcı tədbirlərin həyata keçirilməsi zamanı yetişib”, - Portuqaliya hökumətinin yaydığı açıqlamada qeyd olunur.

Hökumət zərurət olmadığı müddətdə vətəndaşlara evlərini tərk etməməyi tövsiyə edir.

Buna rəğmən, Portuqaliyada kafe, restoran və insanların sıx olduğu digər məkanların bağlanılması gözlənilmir.