İzmir zəlzələsində ölənlərin sayı 39 nəfərə çatdı

İzmir zəlzələsində ölənlərin sayı 39 nəfərə çatdı
00:56 01-11-2020 | icon 70

Türkiyənin İzmir şəhərindəki zəlzələ nəticəsində həyatını itirənlərin sayı 39 nəfərə çatıb. 

Bu barədə “Haber Global” Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadla məlumat yayıb.

Bildirlib ki, yaralı sayı 885 nəfərdir və dağıntıya məruz qalan 9 binada axtarış-xilasetmə işlər davam etdirilir.