Türkiyə Prezidentinin sözçüsü COVID-19-a yoluxub - FOTO

Türkiyə Prezidentinin sözçüsü COVID-19-a yoluxub - FOTO
21:49 31-10-2020 | icon 107

Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın koronavirusa yoluxduğunu bildirib.

İ.Kalın bu barədə öz “Twitter” hesabında yazıb.

“Yüngül simptomlarından əziyyət çəkdiyim koronavirusun müalicəsinin son mərhələsindəyəm. İndi yaxşıyam. Zəng edən, soruşan, mesaj göndərən, dua edən hər kəsə təşəkkür edirəm”, deyə R.T.Ərdoğanın mətbuat katibi şəxsi “Twitter” səhifəsində yazıb.