Nika Çitadze: “Azərbaycan hər cəhətdən Ermənistanı üstələyir”

Nika Çitadze: “Azərbaycan hər cəhətdən Ermənistanı üstələyir”
19:21 29-10-2020 | icon 147

Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır. Sərhədlərin toxunulmazlığı prinsipi mövcuddur, buna görə Azərbaycanın yurisdiksiyası Dağlıq Qarabağa və ona bitişik yeddi rayona da şamil edilməlidir”.

Bu sözləri Media.Az-a müsahibəsində Gürcüstanın Təhlükəsizlik və Beynəlxalq münasibətlər Araşdırmaları Mərkəzinin rəhbəri Nika Çitadze deyib.

Ekspert Azərbaycan ərazilərində ermənilərin hüquqlarının pozulmayacağına əminliyini ifadə edib. O, qeyd edib ki, bundan sonra blokadanın aradan qaldırılması və kommunikasiyaların bərpası prosesi gələcək. Sözügedən variant bütün tərəflər üçün sərfəli olacaq.

Nika Çitadze həmçinin Ermənistan lideri Nikol Paşinyanın dialoqa hazır olmaması və bütün erməniləri döyüşə səsləməsi fikrinə də münasibət bildirib.

“Düşünürəm ki, Ermənistan rəhbərliyi mövcud reallığı nəzərə almalıdır. Azərbaycan istər hərbi, istərsə də iqtisadi nöqteyi nəzərdən üstünlüyə sahibdir. Azərbaycan hərbi əməliyyatları hələ uzun müddət davam etdirə bilər, Ermənistanın isə bunun üçün resursları yoxdur. Odur ki, Ermənistan danışıqlar masasına oturmalı və öz qoşunlarını çəkməyə (Azərbaycanın işğal olunmuş torpaqlarından – red.) hazır olduğunu bildirməlidir. Ancaq ola bilər ki, Ermənistan hələ də Rusiyanın müdaxiləsinə ümid edir. Gəncə və Azərbaycanın digər şəhərlərinin atəşə tutulması Azərbaycanın Ermənistan ərazisinə zərbə endirməsinə hesablanıb. O zaman KTMT-yə müraciət etmək mümkün olacaq.

Ancaq bir daha təkrar edirəm, İrəvan reallıqları nəzərə almalıdır. Ermənistan hazırda maksimum Qarabağın Azərbaycanın tərkibində muxtariyyət statusuna və Azərbaycan və Türkiyə tərəfindən blokadanın aradan qaldırılmasına ümid edə bilər”, - deyə ekspert qeyd edib.