İranda güclü zəlzələ baş verdi

İranda güclü zəlzələ baş verdi
05:35 27-10-2020 | icon 107

İranın mərkəzi hissəsində 5 bal gücündə zəlzələ baş verib. 

Bununla bağlı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. 

Zəlzələnin episentri 477 min insanın yaşadığı Yezd şəhərindən 168 kilometr şimal-şərqdə, ocağı isə 20 kilometr dərinlikdə yerləşib.

Dağıntılarla bağlı hələlik məlumat verilmir.