Koronavirusa yoluxduqdan sonra qoxubilmə qabiliyyətinin bərpası üçün həkim tövsiyəsi

Koronavirusa yoluxduqdan sonra qoxubilmə qabiliyyətinin bərpası üçün həkim tövsiyəsi
04:35 27-10-2020 | icon 78

Koronavirusa yoluxmadan sonra itirilən qoxubilmə qabiliyyətinin bərpası üçün burundakı sinir uclarına hava girişini bərpa etmək lazımdır.

RBK-nın məlumatına görə, bu barədə rusiyalı həkim-otolarinqoloq Abdullo Xocayev bildirib.

O, bunun üçün mütəxəssis damar daraldıcı (vazokonstriktor) vasitələrdən, damcılardan istifadəni tövsiyə edib. 

“Bundan başqa burun boşluğunu mütəmadi olaraq yaxalamalısınız, bunun üçün dəniz duzu ilə məhlul hazırlaya bilərsiniz. Həmçinin otaqda havanın rütubəti təmin edilməlidir”, - deyə o əlavə edib.

Xocayev sinir hüceyrələrini bərpa etmək üçün həmçinin “B” qrupu vitaminlər və polivitaminlərin qəbul edilməsinin lazım olduğunu da vurğulayıb.

“Bundan əlavə, düzgün qidalanmalı, bol su içilməli, nikotin və alkoqoldan imtina edilməlidir”, - həkim-otolarinqoloq sözlərini yekunlaşdırıb.