Süleyman Soylu: “ABŞ səfirliyi prosedur, ədəb-ərkandan məhrum hərəkət nümayiş etdirdi”

Süleyman Soylu: “ABŞ səfirliyi prosedur, ədəb-ərkandan məhrum hərəkət nümayiş etdirdi”
13:56 24-10-2020 | icon 125

Türkiyə Daxili İşlər naziri Süleyman Soylu ABŞ-ın vətəndaşlarının təhlükəsizliyi üçün Türkiyədə konsulluq xidmətlərinin dayandırılması ilə əlaqədar açıqlama verib.

“Haber Global” məlumat verir ki, S.Soylu ABŞ-ın bu davranışını qeyri-etik hərəkət adlandırıb.

“Əlbəttə ki, bəzi kəşfiyyat qiymətləndirmələri ola bilər, ancaq qərarı özünün internet səhifəsindən bəyan edərək başqa ölkəni töhmət altına qoyan bir davranış etikaya uyğun hərəkət deyil”.

“Bir məlumatı paylaşmağın bəzi diplomatik şərtləri var. ABŞ səfirliyi prosedur, ədəb-ərkandan məhrum hərəkət nümayiş etdirdi”, - deyə türkiyəli nazir bildirib.