Qırğızıstanda prezident seçkilərinin tarixi təyin edildi

Qırğızıstanda prezident seçkilərinin tarixi təyin edildi
12:35 24-10-2020 | icon 114

Qırğızıstan Mərkəzi Seçki Komissiyası (MSK) ölkədə prezident seçkilərinin tarixini təyin edib.

Bu barədə “RİA Novosti” xəbər yayıb.

Bildirilir ki, respublikada prezident seçkiləri 2021-ci ilin 10 yanvar tarixində keçiriləcək.

Qeyd edək ki, Qırğızıstanda parlament seçkilərinin keçirilməsi dekabrın 20-nə planlaşdırılıb.