İsrail daha bir ölkə ilə münasibətlərin normallaşdırılmasına dair razılığa gəldi

İsrail daha bir ölkə ilə münasibətlərin normallaşdırılmasına dair razılığa gəldi
07:35 24-10-2020 | icon 102

Sudan və İsrail münasibətlərin normallaşdırılmasına dair razılığa gəliblər.

Gazeta.ru-nun məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.

Donald Tramp sözügedən razılaşmanı Yaxın Şərqdə sülhün bərqərar olması üçün növbəti vacib addım adlandırıb.

Xatırladaq ki, buna qədər İsrail BƏƏ ilə də münasibətlərin normallaşdırılması məsələsində razılıq əldə edib.