“Hər şey vətən üçün” turnirində konkur yarışlarının qalibi bəlli oldu - FOTO

“Hər şey vətən üçün” turnirində konkur yarışlarının qalibi bəlli oldu - FOTO
22:00 17-10-2020 | icon 184

“Hər şey vətən üçün” tədbiri çərçivəsində 16-17 oktyabr 2020-ci il tarixlərdə keçirilən konkur yarışları başa çatıb.

“M*” kateqoriyası üzrə 125 sm hündürlükdə qurulan maneələrdən ibarət konkur yarışında 10 idmançı 13 atla iştirak edib.

“Gilan” Atçılıq İdman Klubunun idmançısı Rahib İsmayılov “Welga” ləqəbli atla 4-cü, “Carthanio” ləqəbli atla isə 1-ci yeri tutaraq “Qarabağ” Kubokunun qalibi olub.

2-ci yerdə “Sərhədçi” Atçılıq İdman Klubunun idmançısı Seyid Musayev “Gilas” ləqəbli atla qərarlaşıb.

“Murad” Atçılıq İdman Klubunun idmançısı Kənan Novruzov “D’amour” ləqəbli atla 3-cü, “Buta Qolden” Atçılıq İdman Klubunun idmançısı Eqor Morotskiy isə “Astrello” ləqəbli atla 5-ci yerin sahibi olublar.

Bundan əvvəl məlumat verdiyimiz kimi 18 oktyabr 2020-ci ildə “Hər şey vətən üçün” tədbirinin son günündə jokeylər Qarabağ, Dilbaz və İngilis atlarının iştirakı ilə “Murov”, “Suqovuşan”, “Füzuli”, “Cəbrayıl” və “Qarabağ” kubokları uğrunda mübarizə aparacaqlar.

Proqrama uyğun olaraq tədbir saat 11:00-dan etibarən keçiriləcək.