Azərbaycanda əhalinin demoqrafik vəziyyəti açıqlanıb 

Azərbaycanda əhalinin demoqrafik vəziyyəti açıqlanıb 
14:56 16-10-2020 | icon 376

İlin әvvәlindәn ölkә әhalisinin sayı 40971 nәfәr vә ya 0,4 faiz artaraq 2020-ci il sentyabr ayının 1-i vәziyyәtinә 10 milyon 108 min 079 nəfərə çatıb.

Bu barədə milletinsesi.info-a Dövlət Statistika Komitəsindən məlumat verilib. 

Әhalinin sayının 52,8 faizini şәhәr, 47,2 faizini kәnd sakinlәri, 49,9 faizini kişilәr, 50,1 faizini isә qadınlar tәşkil edir. Әhalinin bir kvadrat kilometrә düşәn sayı 117 nәfәr
olub.

Cari ilin yanvar-avqust ayları әrzindә Әdliyyә Nazirliyinin rayon (şәhәr) qeydiyyat şöbәlәri tәrәfindәn 82 min 783 körpə doğumu qeydə alınıb.. 

Qeydə alınan nəticələrə əsasən, әhalinin hәr 1000 nәfәrinә bu göstәrici 12,4 nəfər tәşkil edib. Doğulanların 53,2 faizi oğlan, 46,8 faizi isә qız uşaqlarıdır. Körpәlәrdәn 2252-si әkiz, 75-i üçәm, 4-ü isә dördәm doğulanlardır.

Ölkәdә bu ilin ilk 8 ayında 42 min 475 ölüm halı qeydә alınıb vә әhalinin hәr 1000 nәfәrinә ölüm sәviyyәsi 6,4 tәşkil edib.

Bu ilin yanvar-avqust aylarında qeydiyyat şöbәlәri tәrәfindәn 23 min 415 nikah vә 9 min 644 boşanma halları qeydә alınıb.

Bildirilib ki, qeydə alınan nəticələrə əsasən, әhalinin hәr 1000 nәfәrinә nikahların sayı 3,5, boşanmaların sayı isә 1,4 olub.

Bununla yanaşı, cari ilin yanvar-avqust ayları әrzindә Daxili İşlәr Nazirliyi vә Dövlәt Miqrasiya Xidmәtinin müvafiq qurumları tәrәfindәn daimi yaşamaq üçün Azәrbaycana 1086 nәfәr gәlәn, Azәrbaycandan isә 423 nәfәr gedәn qeydә alınaraq, miqrasiya saldosu müsbәt 663 nәfәr tәşkil edib.