Sel sularının apardığı gənc ekskavatorun köməyi ilə xilas edildi - VİDEO

Sel sularının apardığı gənc ekskavatorun köməyi ilə xilas edildi - VİDEO
05:56 16-10-2020 | icon 449

Sel sularının apardığı gənc ekskavatorun köməyi ilə xilas olunub.

“Daily Mail” bununla bağlı kadrları yayımlayıb.

Bildirilir ki, kadrlar Hindistanın təbii fəlakətlərdən əziyyət çəkən Maxaraştra ştatında çəkilib.

Məlumata görə, videonun qəhrəmanı evinə qayıdarkən yolda təsadüfən çayın ortasında qayaya yapışıb qalan və kömək istəyən şəxsi görüb. Çox fikirləşmədən maşınını işə salıb, texnikanın çömçəsini çaya tərəf əyib, sonra özü də ora çıxıb, kişini xilas edib.

O da bildirilir ki, günlərdir davam edən leysan yağışlarının səbəb olduğu daşqınlar Hindistanın  cənub ştatına ciddi ziyan vurub. Təkcə son 48 saatda 35 nəfər həyatını itirib, 40-dan artıq insan xilas olunub.