İcradan sakinlərin etirazına cavab – VİDEO

İcradan sakinlərin etirazına cavab – VİDEO
15:35 25-09-2020 | icon 3053

Paytaxt Bakıda qəzalı bina və çirkab göllər problemi bitmir ki, bitmir. 

Baku Tv-nin hazırladığı süjetin də mövzusu məhz yeni bir qəzalı binadır. 

Əmircan qəsəbəsinin sakinləri bu iki problemin əlindən lap cana yığılıblar. 

Bir tərəfdə ətrafa pis qoxu və infeksiya saçan çirkab, digər tərəfdə isə hər dəqiqə çökməyə hazır olan bina. 

Suraxanı rayonu Əmircan qəsəbəsi Zahid Əliyev küçəsi ev 1 ünvanında yaşayan sakinlər iddia edirlər ki, problemləri barədə aidiyyəti olan bütün qurumlara müraciət ediblər. Lakin hər müraciətlərinin arxasında ya böyük bir sakitçilik, ya da mənasız və boş vədlər dayanır. 

Əraziyə gələn Əmircan qəsəbəsinin icra nümayəndəsi Əlixan Əliyev bildirdi ki, sakinlərin şikayətləri əsassızdır. Ona görə ki, bu evlərin hər biri onların özəl mülküdür. Nə icra hakimiyyətinin, nə də MKTB-nin balansında deyil:

“Şəhərdə bahalı evləri satırlar, gəlib ucuz ev alırlar. Uçuq evlər çox ucuzdur. Onlar dövlətin nəzdindədirlərsə kömək edə bilərik, amma bu şəxsi evlərdirsə nə dərəcədə düzgündür ki, dövlətdən nəsə umsunlar”.