Bakıda evdən kişi meyiti tapıldı

Bakıda evdən kişi meyiti tapıldı
09:28 25-09-2020 | icon 120

Bakı şəhərinin Nərimanov rayonunda bir nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1960-cı il təvəllüdlü Əliyev Fazil Əmir oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.