Almaniyada bir kişi, ətrafında isə altı qadının dəfn olunduğu qədim məqbərə aşkar edilib - FOTO

Almaniyada bir kişi, ətrafında isə altı qadının dəfn olunduğu qədim məqbərə aşkar edilib - FOTO
08:42 25-09-2020 | icon 110

Almaniyanın mərkəzində yerləşən Saksoniya-Anxalt ərazisində fabrik üçün yerin hazırlanması zamanı 1 500 il əvvələ aid olduğu təxmin edilən məqbərə aşkar edilib.

Bu barədə “Daily Mail” agentliyi məlumat yayıb.

Məqbərənin mərkəzində gümüşdən hazırlanan qazanda insana məxsus olduğu ehtimal edilən kül aşkar edilib.

Qazanın ətrafında isə altı qadının skeleti aşkarlanıb. Arxeoloqlar ehtimal edir ki, bu şəxslər mərhumun kənizləri və ya arvadları ola bilər.

Bundan əlavə, məqbərənin içərisində 11 heyvanın skeleti tapılıb. Bu məqam məzarın yüksək vəzifəli şəxsə aid olduğunu deməyə əsas verir.