“Roma” klubu texniki məğlubiyyətlə cəzalandırıldı

“Roma” klubu texniki məğlubiyyətlə cəzalandırıldı
21:35 22-09-2020 | icon 182

İtaliya Futbol Federasiyası “Roma” klubuna texniki məğlubiyyət verilib.

A Seriyasının rəsmi saytı bu barədə məlumat yayıb.

Buna səbəb isə paytaxt təmsilçisinin yarımmüdafiəçisi Amadu Diavaranın 1-ci turun “Verona” ilə oyunun (0:0) iştirak ərizəsində düzgün sifariş olunmaması olub. Belə ki, klub 23 yaşlı Diavaranı yaşı 22-yə qədər olan oyunçu kimi göstərib.