Nazirlər Kabinetindən dövlət təhsil müəssisələrinin fəaliyyət lisenziyası haqqında QƏRAR

Nazirlər Kabinetindən dövlət təhsil müəssisələrinin fəaliyyət lisenziyası haqqında QƏRAR
21:21 22-09-2020 | icon 229

Nazirlər Kabineti “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli və “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”nın təsdiq edilməsi haqqında” 2010-cu il 28 sentyabr tarixli 167 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə qərar verib.

Qərarın Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 iyun tarixli 1056 nömrəli fərmanının qəbul edilməsi ilə bağlı hazırlandığı bildirilir.

“Təhsil haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 24 aprel tarixli 58-VIQD nömrəli qanunu ilə Azərbaycan Respublikasının “Təhsil haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlarına edilmiş dəyişikliyə əsasən, Azərbaycan Respublikasında dövlət təhsil müəssisələrinə fəaliyyət göstərmələri üçün lisenziya alınması tələb olunmur.