Bakıda avtomobil altı yaşlı uşağı vurdu

Bakıda avtomobil altı yaşlı uşağı vurdu
19:00 22-09-2020 | icon 2454

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report”un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

7-ci mikrorayonda evlərinin yanında yolu keçən 2014-cü il təvəllüdlü Həsənova Rəna Nicat qızını minik avtomobili vurub.

Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.