Evinə gələn kuryeri aldadıb qarət etdi

Evinə gələn kuryeri aldadıb qarət etdi
06:07 22-09-2020 | icon 93

Rusiyanın Moskva şəhərində qəribə oğurluq hadisəsi baş verib.

Kp.ru xəbər verir ki, çoxmənzilli binaların birindən brend geyimlər sifariş edilib.

Sfarişləri gətirən kuryer qeyd olunun nömrəyə zəng edəndə cavab verən şəxs hamamda olduğunu deyib və kuryerdən evə qalxmasını istəyib.

Başında dəsmal olan kişi kuryeri liftin yanında qarşılayıb və paltarları geyinib yoxlamaq üçün “evə qalxıb”.

Kuryer bir müddət sonra əvvəlki nömrəyə zəng vursa da, həmin şəxslə əlaqə yarada bilməyib və bu barədə polisə xəbər verib.

Faktla bağlı araşdırma başlayıb.

Qeyd olunur ki, oğurlanan paltarların ümimi məbləği 700 min rubl (15 750 AZN) təşkil edib.