Barmaqların vəziyyətinə görə ağciyər xərçəngini müəyyən etməyin yolu açıqlanıb

Barmaqların vəziyyətinə görə ağciyər xərçəngini müəyyən etməyin yolu açıqlanıb
03:00 22-09-2020 | icon 120

Britaniyalı elm adamları barmaqların vəziyyətinə görə xəstədə ağciyər xərçəngini müəyyən etməyin yolunu öyrənib.

Bu barədə “Express” xəbər yayıb.

Mütəxəssislər bildiriblər ki, təhlükəli xəstəlik uzun müddət gizli qala bilir. Bununla belə onun açıq-aydın simptomları var - iki həftədən çox davam edən öskürək, nəfəs alarkən ağrı, qanlı bəlğəm, uzun çəkən təngənəfəslik, apatiya və çəki itirmək.

Böyük Britaniyanın “Cancer Research” təşkilatından olan elm adamlarının fikrincə ağciyər xərçəngi barmaqların vəziyyəti ilə də müəyyən edilə bilər: əgər dırnağın dibi yumşalsa və yanındakı dəri parıldamağa başlayarsa, bu xəstəliyin ilk mərhələsinə işarə edə bilər.

Belə ki, xərçəngə görə orqanizmdə kimyəvi maddələr istehsal olunmağa başlayır, onlar da qanı böyük miqdarda barmaq uclarına yönləndirir. Nəticədə barmaq ucları böyüyür. Bu prosesin səbəbi isə hələ tam öyrənilməyib.