Tovuzda piyadanı vurub öldürən sürücü hadisə yerindən qaçdı

Tovuzda piyadanı vurub öldürən sürücü hadisə yerindən qaçdı
01:14 22-09-2020 | icon 235

Tovuzda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.

Yolu keçmək istəyən 1991-ci il təvəllüdlü Vəliyev İxtiyar Bəxtiyar oğlunu naməlum avtomobil vurub. Piyada xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Məlumata görə, piyadanı vuran sürücü hadisədən sonra ərazidən yayınıb.

Faktla bağlı araşdırma aparılır.