Maştağada 26 yaşlı gənc naməlum şəxs tərəfindən bıçaqlanıb

Maştağada 26 yaşlı gənc naməlum şəxs tərəfindən bıçaqlanıb
00:42 22-09-2020 | icon 217

Bakıda bıçaqlanma hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Sabunçu rayonunun Maştağa qəsəbəsində qeydə alınıb.

Belə ki, 1994-cü il təvəllüdlü Həsənov Hüseyn İlqar oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı dostlarının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.