Türkiyə Milli Müdafiə Nazirliyi: “Ermənistan atəşlə oynamağı dərhal kəsməlidir!”

Türkiyə Milli Müdafiə Nazirliyi: “Ermənistan atəşlə oynamağı dərhal kəsməlidir!”
23:14 21-09-2020 | icon 389

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanla Ermənistanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində düşmən təxribatı nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusunun şəhid olması ilə bağlı açıqlama yayıb.

Nazirliyin rəsmi “Twitter” səhifəsi vasitəsilə yayımlanan açıqlamada bildirilib:

“Dağlıq Qarabağı hüquqsuzca işğal edən Ermənistan indi də Tovuz bölgəsində atəşkəs rejimini pozaraq bir qəhrəman Azərbaycan əsgərimizi şəhid etdi. Şəhidimizə Allahdan rəhmət, Azərbaycan xalqına başsağlığı diləyirik. Ermənistan atəşlə oynamağı dərhal kəsməlidir!”