Qvardiola “Mançester Siti”dəki gələcəyi barədə danışdı

Qvardiola “Mançester Siti”dəki gələcəyi barədə danışdı
09:49 21-09-2020 | icon 131

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola klubdakı gələcəyi barədə danışıb.

Bu barədə “Manchester Evening News” məlumat yayıb.

“Burada qalmaq istərdim, mənim üçün komandada çox yaxşıdır, ancaq qalmaq üçün buna layiq olmalıyam. Son illər klub çox yüksək səviyyəyə nail olub və çalışmağa davam etmək üçün mən komandamı bu səviyyədə dəstəkləməliyəm”, - deyə X.Qvardiola bildirib.

Xatırladaq ki, təcrübəli məşqçi Mançester təmsilçisinə 2016-cı ildən rəhbərlik edir.