Abşeronda gənc özünü bıçaqladı

Abşeronda gənc özünü bıçaqladı
09:07 21-09-2020 | icon 93

Abşeron rayonunda gənc intihara cəhd edib.

Report xəbər verir ki, hadisə Mehdiabad qəsəbəsində baş verib.

Belə ki, 1992-ci il təvəllüdlü Mustafayev Namiq Nadir oğlu bıçaqla özünə xəsarətlər yetirib.

Yaralı xəstəxanaya çatdırılıb, müayinə zamanı onda sol saidin çoxsaylı kəsilmiş yaraları aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.