Kişi iki uşaq anası həyat yoldaşını silahla vurdu

Kişi iki uşaq anası həyat yoldaşını silahla vurdu
08:35 21-09-2020 | icon 106

Türkiyənin Çorum bölgəsində iki uşaq anası əri tərəfindən silahla vurulub.

Bu barədə "Habertürk" məlumat yayıb.

Bildirilir ki, 32 yaşlı Dəniz Y. həyat yoldaşı 38 yaşlı Sərdar Y. tərəfindən mübahisə əsnasında silahla ayağından vurulub. Hadisə onların yaşadığı məhəllənin yaxınlığında baş verib. 

Təcili tibbi yardım briqadasının ilk müdaxiləsindən sonra qadın xəstəxanaya aparılıb və əməliyyat olunub. Vəziyətinin kafi olduğu bildirilir.

Sərdar Y. isə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən yaxalanıb.

Faktla bağlı araşdırma aparılır.