Məşhur aktyor 16 illik arvadından 15 dəqiqədə boşandı

Məşhur aktyor 16 illik arvadından 15 dəqiqədə boşandı
06:00 21-09-2020 | icon 259

Türkiyəli aktyor Atılqan Gümüş 16 illik həyat yoldaşı Verda Gümüşdən boşanıb. 

Bununla bağlı "Hürriyet.com.tr" məlumat yayıb. 

Cütlüyün boşanması haqqında qərar İstanbul Ailə Məhkəməsində verilib.

Cütlük boşanarkən qarşılıqlı razılaşmaya imza atıb. Anlaşmaya əsasən, cütlüyün 15 yaşlı övladı anası ilə qalacaq, aktyor bunun üçün 4 500 lirə (təxminən 1000 AZN - red.) aliment ödəyəcək. 

Məhkəmə prosesi 15 dəqiqə davam edib. Cütlüyün boşanma səbəbi açıqlanmayıb.