Təqaüddə olan polisin maşınından narkotik vasitə tapıldı

Təqaüddə olan polisin maşınından narkotik vasitə tapıldı
03:35 21-09-2020 | icon 128

Türkiyənin Ərzrum şəhərində təqaüddə olan polisin maşınından 61 kiloqram 750 qram heroin aşkar edilərək götürülüb.

Bu barədə "Haber Global" məlumat yayıb. 

Bildirilir ki, narkotik vasitə S.N.-ya aid maşının təkər hissəsində gizlədilib.

Faktla bağlı araşdırma aparılır.