Navalnı komadan sonrakı bərpa prosesindən danışdı: “Sözləri necə seçəcəyimi anlamırdım”

Navalnı komadan sonrakı bərpa prosesindən danışdı: “Sözləri necə seçəcəyimi anlamırdım”
05:00 20-09-2020 | icon 131

Rusiya müxalifətinin lideri Aleksey Navalnı komadan çıxmasından sonra bərpa prosesi barədə danışıb.

Bu barədə A.Navalnı “Instagram” hesabında yazıb.

“Gəlin, bərpa prosesimin necə getdiyindən danışım. Bu, artıq uzaq olsa da, aydın bir yoldur. Bu yaxınlara qədər insanları tanımırdım və necə danışacağımı, sözləri haradan seçəcəyimi anlamırdım. İndi pilləkənlə gedərkən ayaqları titrəyən, lakin bu pilləkəndir, onunla qalxırlar, görünür, lift axtarmaq lazımdır deyə düşünən biriyəm. Əvvəl isə sadəcə dayanıb baxırdım”, - deyə A. Navalnı qeyd edib.