Yeniyetmələrdən əxlaqsız videolar tələb edən tanınmış aktyoru 30 ilə qədər həbs cəzası gözləyir

Yeniyetmələrdən əxlaqsız videolar tələb edən tanınmış aktyoru 30 ilə qədər həbs cəzası gözləyir
06:00 19-09-2020 | icon 124

Dünyaca məşhur “Cheer” filmində rol alan aktyor Jerry Harris ABŞ-ın Çikaqo ştatında həbs edilib.

“RİA Novosti” agentliyi xəbər verir ki, aktyor yetkinlik yaşına çatmayan şəxslərdən ədəbsiz video çəkiliş tələb etmək ittihamı ilə həbs edilib.

Prokurorluğun iddiasına əsaəsn, 21 yaşlı J. Harris sosial şəbəkələrdə yeniyetmə oğlanlarla əlaqə quraraq onlardan intim xarakterli videolar çəkib ona göndərmələrini istəyib.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, məhkəmədə cinayət əməli sübuta yetirilərsə, gənc aktyoru 15 ildən 30 ilədək həbs cəzası gözləyir.

İş Federal Təhqiqat Bürosu (FTB) tərəfindən araşdırılır.