İnam Kərimov deputat Məlahət İbrahimqızının bacısı qızına yeni vəzifə verdi

İnam Kərimov deputat Məlahət İbrahimqızının bacısı qızına yeni vəzifə verdi
17:12 18-09-2020 | icon 434

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə sədr müavini təyin edilib. "Report" xəbər verir ki, bu, Leyla Məmmədovadır. O, bundan sonra Seymur Mövlayevin müavini vəzifəsində çalışacaq.

Qeyd edək ki, həm Seymur Mövlayev, həm də Leyla Məmmədova "ASAN-Xidmət"də vaxtı ilə işləyiblər. Mia.az xəbər verir ki, Leyla Məmmədova bu ilin mart ayına qədər KTN-nin tabelyində olan "Aqrar Tədarük və Təchizat" ASC-nin İdarə Heyəti sədri olub. Mart ayında isə nazir İnam Kərimov onu vəzifədən çıxarıb. Yerinə isə KTN-nin aparat rəhbəri Aqil Quliyev gətirilib.

Həmin vaxt nazir Leyla Məmmədovanı işsiz qoymayıb. O, digər əmrlə Aqil Quliyevin ASC-də müavini təyin olunuib.

Qeyd edək ki, Leyla Məmmədova deputat Məlahət İbrahimqızının bacısı qızıdır.

Yeri gəlmşkən, Aqrar Xidmətlər Agentliyinin (AXA) sədri, ixtisasca regionşünas Seymur Mövlayev bu ilin sentyabrın əvvəlində Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədri təyin olunub. Yəni o, təxminən 15 gün əvvəl bu vəzifədə Mirzə Əliyevi əvəz edib. Nazirin digər əmrilə isə AKİA-nın keçmiş sədri Mirzə Əliyev AXA-nın rəhbəri vəzifəsinə təyinat alıb.