Bakının işğaldan azad edilməsinin 102-ci ildönümü “Haber Global”da - CANLI YAYIM

Bakının işğaldan azad edilməsinin 102-ci ildönümü “Haber Global”da - CANLI YAYIM
18:00 15-09-2020 | icon 1299

Türkiyənin “Haber Global” telekanalında Bakının bolşevik-daşnaq işğalından azad edilməsinin 102-ci ildönümünə həsr olunmuş veriliş yayımlanır.

Aparıcısı Saynur Tezel olan verilişin qonaqları TÜRKSAM rəhbəri Sinan Oğan və Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayeva olub.

Verilişdə çıxış edən millət vəkili Qənirə Paşayeva əcdadlarımızın illər öncə göstərdiyi qəhrəmanlığının yeni nəsillərə örnək olduğunu və Azərbaycanda ortaq türk tarixinin öyrədilməyə başlandığını vurğulayıb.

TÜRKSAM rəhbəri Sinan Oğan isə qeyd edib ki, Türkiyə 102 il əvvəl olduğu kimi bu gün də Azərbaycanın yanındadır.