Ayaqları olmayan Rüstəm Nəbiyev Elbrus dağını əlləri ilə fəth etdi - FOTO/VİDEO

Ayaqları olmayan Rüstəm Nəbiyev Elbrus dağını əlləri ilə fəth etdi - FOTO/VİDEO
16:42 15-09-2020 | icon 348

2015-ci ildə Rusiyanın Omsk şəhərində kazarmanın çökməsi nəticəsində ayaqlarını itirən tanınmış rusiyalı bloger Rüstəm Nəbiyev Elbrus zirvəsini fəth edib.

Bu barədə “LifeShot” “Telegram” kanalı xəbər yayıb.

O, bunu əllərinin köməyi ilə edib. Rüstəm Nəbiyev bu hərəkətini qəhrəmanlıq hesab etmədiyini deyir.

“Uzun müddət bu videonu yaymaq istəmirdim, ancaq uşaqlar məni inandırdı. Siz Elbrusun zirvəsinə son metrləri görürüsünüz. Sentimentallığıma görə üzr istəyirəm, ancaq mən emosiyalarımı saxlaya, göz yaşlarımı tuta bilmədim. Bunun üçün çox yol qət etmişdim: 13 km və 15 saat əlləri üstündə yerimişdim”, - deyə gənc bildirib.

Bloger bu fəthi arvadına və qızına həsr edib.