Denis Denisov: “Qarabağ münaqişəsinin həlli planının təfərrüatları tezliklə ortaya çıxa bilər”

Denis Denisov: “Qarabağ münaqişəsinin həlli planının təfərrüatları tezliklə ortaya çıxa bilər”
17:07 04-09-2020 | icon 2797

Qarabağ separatçılarının lideri Arayik Arutyunyan daha bir təhdidedici açıqlama verib. O, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanla sülh yolu ilə həllini müzakirə etmək istəmir və müharibəyə hazırlaşmağa çağırır. Eyni zamanda, o, erməni tərəfinin əsas məqsədini təsdiqləyib: “böyük geosiyasi inkişafa qədər status-kvonu qorumaq” (İrəvanın “İlk məlumat” saytındandan sitat).

Rusiya Sülhməramlı Təşəbbüslər və Konfliktologiya İnstitutunun direktoru Denis Denisov Media.Az-ın suallarını cavablandırarkən qeyd edib ki, “təhdidedici açıqlamalar sülhə töhfə vermir və əminəm ki, bu, sadə ermənilərin və azərbaycanlıların gözləntilərinə uyğun gəlmir”.

- Azərbaycanla Ermənistan arasındakı sərhəddə iyul ayındakı kəskinləşmədən sonra Qarabağ mövzusu informasiya agentliklərinin xəbər lentlərində getdikcə daha çox yer almağa başladı. Son günlərdə Rusiya Xarici İşlər naziri Sergey Lavrovun ATƏT Katibliyində saxlanılan “Madrid prinsiplərinə” əsaslanan Qarabağ nizamlanması planının olduğunu açıq şəkildə ifadə edən çıxışı fəal şəkildə müzakirə edildi. Beləliklə, Rusiya Xarici İşlər Nazirliyinin başçısı İrəvanın danışıqlar masasında heç bir plan olmadığı iddialarını əslində rədd etdi. Lakin Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan Ermənistanın hər hansı bir sənədin mövcudluğunu inkar etməklə bağlı əvvəlki mövqeyini təsdiqlədi.

- Sənədi təməl hesab edən Rusiya tərəfinin mövqeyini başa düşmək olar, axı Rusiya onu yaratmaq üçün çox səy göstərib. Və düşünürəm ki, Moskva bunun həyata keçirilməsi üçün çalışmağa davam edəcək.

Bu cür açıqlamalar (hər hansı bir sənədin mövcudluğunu inkar etməklə bağlı - red.) Azərbaycan tərəfi üçün son dərəcə həssasdır. Bakı bunu Ermənistanın mövcud razılaşmalardan və anlaşmalardan uzaqlaşması üçün növbəti cəhdi kimi qəbul edir.

- Ancaq yenə də ilk sualda qeyd etdiyim çox vacib məqam var. Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Madrid prinsiplərindən danışıb, bu isə mərhələli plandır. Xüsusi detallar və nüanslar bilinməsə də, hər kəs onun mahiyyətini bilir, bu dəfələrlə səsləndirilib. Ancaq İrəvanda deyirlər ki, hər hansı mərhələli plandan söhbət gedə bilməz. Burada açıq ziddiyyət var.

- Bəli, Sergey Lavrov prinsiplərdən danışır. Bəs onlar necə açılır? Bakı və İrəvan buna tamamilə fərqli yanaşır. Problem ondadır ki, hamımızın birlikdə müraciət edə biləcəyimiz bir sənəd yoxdur. Madrid prinsipləri fərqli tərəflərdən özünəməxsus şəkildə şərh edilə bilinməsi baxımından problemlidir.

Ancaq bu problem bu barədə danışmağa başlandığına görə həll ediləndir. Planın detallarının və dəqiqləşdirilməsinin yaxın vaxtlarda ortaya çıxma ehtimalı yüksəkdir.