Elmar Məmmədyarovun ölkədən çıxışına “stop” qoyulub?

Elmar Məmmədyarovun ölkədən çıxışına “stop” qoyulub?
14:49 14-08-2020 | icon 821

Azərbaycanın sabiq Xarici İşlər naziri Elmar Məmmədyarovun ölkədən çıxışına məhdudiyyət qoyulub.

Gununsesi.info-nun bununla bağlı əldə etdiyi məlumatda bildirilir ki, sabiq nazirin ölkədən çıxışına məhdudiyyət qoyulması Xarici İşlər Nazirliyindəki anti-korruspiya əməliyyatı ilə bağlı açılmış cinayət işinə görədir.

“Elmar Məmmədyarov istintaqın çoxsaylı suallarını cavablandırmalıdır”, - deyə mənbə bildirib.

Unikal.org-a açıqlama verən Elmar Məmmədyarov yayılan məlumatın həqiqəti əks etdirmədiyini bildirib:

"Haqqımda yayılan məlumat yalandır. Şüvəlandakı bağımda dincəlirəm. Həmçinin ölkədən çıxmağa niyyətim və getməyə də yerim yoxdur. Pandemiya vaxtı hara gedirəm? Onu da deyim ki, istintaqa çağırılmamışam".