Narkotacir “Canavar” və müştəriləri ələ keçdi - FOTO

Narkotacir “Canavar” və müştəriləri ələ keçdi - FOTO
09:35 12-08-2020 | icon 330

Şəmkirdə narkotacir və alıcıları saxlanılıb.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Bildirilib ki, Şəmkir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayon sakinləri, əvvəllər məhkum olunmuş 42 yaşlı Tural Ələsov, 46 yaşlı Vüqar Zamanov və əvvəllər dəfələrlə məhkum olunmuş 42 yaşlı Şirxan Aslanov narkotik vasitlərin qanunsuz satışında və saxlanmasında şübhəli bilindikləri üçün saxlanılıblar.

Onların üzərinə qanunvericiliklə müəyyən edilmiş qaydada baxış keçirilən zaman T.Ələsovdan  1,296 qram, Ş.Aslanovdan 0,253 qram, Vüqar Zamanovdan isə 0,289 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

İlkin dindirilmə zamanı Şirxan Aslanov və Vüqar Zamanov narkotik vasitəni “Canavar” ləqəbi ilə tanıdıqları Tural Ələsovdan aldıqlarını etiraf ediblər.

Bundan başqa, RPŞ əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri nəticəsində, qanunsuz olaraq narkotik saxlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş rayon sakini Dilqəm Məmmədov saxlanılaraq, RPŞ-yə gətirilib və onun üzərinə keçirilmiş baxış zamanı 13,533 qram narkotik vasitə olan həşiş və 0,676 qram qurudulmuş marixuana aşkar edilərək, götürülüb.

Rayon Polis Şöbəsinin daxil olmuş məlumat əsasında keçirdikləri daha bir əməliyyat tədbiri nəticəsində qanunsuz olar narkotik vasitə əkib-becərməkdə şübhəli bilinən yerli sakin, əvvəllər məhkum olunmuş 45 yaşlı Ömər Rzayevin Yuxarı Seyfəli kənd ərazisndəki həyatyanı sahəsinə baxış zamanı oradan beş ədəd ümumi çəkisi 12 kq 400 qram olan çətənə kolu aşkar edilərək götürülüb.

Saxlanılan şəxslər istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub. Faktlarla bağlı araşdırma aparılır.