Avropa Liqasında püşk həyəcanı: “Neftçi”, “Keşlə” və “Sumqayıt” rəqiblərini gözləyir

Avropa Liqasında püşk həyəcanı: “Neftçi”, “Keşlə” və “Sumqayıt” rəqiblərini gözləyir
01:00 10-08-2020 | icon 166

Bu gün Avropa Liqasında I təsnifat mərhələsinin püşkü atılacaq.

milletinsesi.info xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək mərasimdə 94 iştirakçı 47 cüt təşkil edəcək. Bunlardan 86-sı klub, 8-i cüt şəklində püşkə qatılacaq.

Sözügedən tədbirdə Azərbaycan klublarının - “Neftçi”, “Keşlə” və “Sumqayıt”ın da rəqibləri bəlli olacaq. Paytaxt təmsilçiləri səpələnmiş, “Sumqayıt” isə səpələnməmişlərdən olacaq.

UEFA ənənəvi olaraq püşkatmadan öncə iştirakçıları qruplara bölüb.

“Neftçi” və “Keşlə”nin potensial rəqibləri aşağıdakılar olacaq:

1. “Şkupi” (Şimali Makedoniya),

2. “Laçi” (Albaniya)

3. “Dinamo” (Batumi, Gürcüstan)

“Sumqayıt”ın potensial rəqibləri isə bunlardır:

1. “Universitatya” (Rumıniya)

2. “Kayrat” (Qazaxıstan)

3. “Şkendiya” (Şimali Makedoniya)

4. “Topola” (Serbiya)

Qeyd edək ki, I təsnifat mərhələsinin oyunları avqustun 27-də keçiriləcək.