İsraildə Azərbaycana dəstək aksiyası keçirilib - YENİLƏNİB

İsraildə Azərbaycana dəstək aksiyası keçirilib - YENİLƏNİB
21:28 09-08-2020 | icon 315

İsraildə yaşayan soydaşlarımız və bu ölkənin bir sıra vətəndaşları Azərbaycana dəstək aksiyası keçiriblər.

milletinsesi.info xəbər verir ki, aksiya iştirakçıları Qarabağın Azərbaycan ərazisi olduğunu bildirərək, Ermənistanın işğalına son qoyulması tələbini irəli sürüblər.

Azərbaycan və İsrail bayraqlarının dalğalandırıldığı aksiyada dünya birliyinə müraciət edilərək, Dağlıq Qarabağ və ətraf rayonların işğalına diqqət ayrılması məsələsi qaldırılıb. Aksiyada Azərbaycan və İsrailin Dövlət himnləri səsləndirilib. Kütləvi tədbir “Azərbaycan” şüarları ilə davam edib.

 

20:22

İsrailin Tel-Əviv Yafo şəhərində müstəqil dövlətimizə və Azərbaycan əsgərinə dəstək məqsədilə yürüş-mitinq keçirilir.

milletinsesi.info xəbər verir ki, İsraildəki “Azərbaycan Evi”nin rəhbəri Nexemya Şirin Mixaelinin təşkilatçılığı ilə baş tutan aksiya şəhərdəki erməni mərkəzi və erməni kilsəsinin qarşısında gerçəkləşdirilir.