“Keşlə” braziliyalı oyunçu aldı

“Keşlə” braziliyalı oyunçu aldı
21:14 09-08-2020 | icon 177

Premyer Liqa təmsilçisi “Keşlə” heyətinə yeni futbolçu cəlb edib.

milletinsesi.info xəbər verir ki, bu barədə klub rəsmi “Facebook” hesabından məlumat yayıb.

Bildirilib ki, braziliyalı hücumçu Silvio Rodriges Perreyra Juniorla bir illik müqavilə bağlanılıb.

Karyerası ərzində Braziliyanın “Batatais”, Ukraynanın “Çernomorets” və Slovakiyanın “Zlata Morevtse” komandalarında oynamış 26 yaşlı forvard son olaraq Albaniya “Vlajniya”sında çıxış edib.