“Azərxalça” sədrinin milyonluq villası var?!

“Azərxalça” sədrinin milyonluq villası var?!
20:04 08-08-2020 | icon 679

“Azərxalça” ASC-nin sədri Vidadi Muradovun Bakının Nərimanov rayonu Həsən Əliyev küçəsi 517-523 ünvanında yerləşən villasının fotoları yayılıb.

Azerinfo.tv xəbər verir ki, bu haqda jurnalist Samir Feyruzov yazıb. Onun sözlərinə görə, villa “Bakı Klinikası”in arxasında yerləşir. Bu, V.Muradovun mənzillərindən, villalarından yalnız biridir:

Villa çox böyükdür, yalnız bir hissəsini çəkə bildik. İndi özünüz fikirləşin, şəhərin ən prestijli yerlərindən sayılan bu ərazidə Muradovun villasının dəyəri neçə milyon olar!?

Azərbaycanda xalçaçılığın inkişaf etdirilməsi üçün çoxsaylı dövlət proqramları qəbul edilmişdi, fərmanlar imzalanmışdı. “Azərxalça” da (Azər-İlmə) məhz bu zəmində yaranan xalçaçılıq şirkətidir. Hazırda 300 nəfər əməkdaşı var.
V.Muradov tarix elmləri doktoru, professordur.

Bildirək ki, “Azərxalça” işçiləri bir neçə gün əvvəl 5 aydır maaş almadıqlarına görə etiraz aksiyası keçirmişdilər.

“Azərxalça” sədrinin milyonluq villası tapıldı–FOTO
“Azərxalça” sədrinin milyonluq villası tapıldı–FOTO