“Yuventus” Sarrini qovdu

“Yuventus” Sarrini qovdu
19:56 08-08-2020 | icon 148

“Yuventus” baş məşqçisi Maurisio Sarrini istefaya göndərib.

milletinsesi.info xəbər verir ki, bu barədə Turin klubunun rəsmi saytı məlumat yayıb.

61 yaşlı mütəxəssisə kluba ölkə çempionluğunu qazandırdığı üçün təşəkkür edilib.

Qeyd edək ki, Sarri 2019-cu ilin yayından Turin təmsilçisini çalışdırırdı. Turin klubu A Seriyasının qalibi olsa da, UEFA Çempionlar Liqasının 1/8 finalında Lion “Olimpik”ini keçə bilmədi.

Bu səbəbdən italyan məşqçinin istefasına qərar verilib.