Samuxda “Mercedes” aşdı, sürücü xəstəxanalıq oldu

Samuxda “Mercedes” aşdı, sürücü xəstəxanalıq oldu
18:35 08-08-2020 | icon 224

 

 

Samux rayonunda yol qəzası baş verib. 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Çobanabdallı kəndində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Ağır xəsarət alan sürücü xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.