Təhsil Nazirliyindən modul tipli məktəblərlə bağlı VACİB AÇIQLAMA

Təhsil Nazirliyindən modul tipli məktəblərlə bağlı VACİB AÇIQLAMA
17:56 08-08-2020 | icon 422

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə 2016-2019-cu illərdə ölkəmizin 45 bölgəsində ümumilikdə 293 modul tipli məktəb quraşdırılıb. 2020-ci ilin sonuna kimi daha 60  modul tipli məktəb istifadəyə veriləcək. 

Bununla bağlı Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, dövlət başçısının 8 avqust 2020-ci il tarixli “Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında” sərəncamına əsasən, 13 rayonda daha 26 modul tipli məktəbin  quraşdırılması nəzərdə tutulub:

“Sərəncama əsasən, Təhsil Nazirliyinə bunun üçün yeddi milyon manat vəsait ayrılıb.

Modul tipli məktəblərin quraşdırılması ilə bölgələrdə, xüsusilə ucqar kəndlərdə qəzalı və istismar müddəti başa çatmış məktəb problemi tamamilə həll olunacaq”.