Qəzaya uğrayan “Boeing 737”nin “qara qutu”su tapıldı

Qəzaya uğrayan “Boeing 737”nin “qara qutu”su tapıldı
17:00 08-08-2020 | icon 165

Dünən axşam Hindistanda qəzaya “Boeing 737”nin “qara qutu”su tapılıb.

“Hindustan Times” xəbər verir ki, rəqəmsal uçuş məlumat qeydiyyatçısı və kokpit səs yazıçısı araşdırma üçün Dehliyə aparılacaq.

Qeyd edək ki, Hindistanın Kerala əyalətində yerli hava yolu “Air India Express”ə məxsus “Boeing 737” sərnişin təyyarəsi enişdən sonra uçuş zolağından çıxıb və bir neçə hissəyə parçalanıb.

Qəza nəticəsində iki pilot da daxil olmaqla 17 nəfərin öldüyü bildirilir.

Təyyarənin göyərtəsində 191 nəfər olub.