Fransada silahlı şəxs bankda beş nəfəri girov götürüb

Fransada silahlı şəxs bankda beş nəfəri girov götürüb
22:14 06-08-2020 | icon 155

Fransanın Havr şəhərində silahlı şəxs bankda beş nəfəri girov götürüb.

“RİA Novosti” xəbər verir ki, bu barədə “Figaro” nəşri məlumat yayıb.

Məlumata görə, silahlı bir neçə tələb irəli sürüb. Tələblərin təfərrüatları hələlik açıqlanmır.

Bank binası mühasirəyə alınıb, hadisə yerinə terrorçuluqla mübarizə üzrə xüsusi təyinatlı polis bölmələri gəlib. Hazırda polis həmin şəxslə danışıqlar aparır.