Adını dəyişən pedofil pul müqabilində uşağa…

Adını dəyişən pedofil pul müqabilində uşağa…
05:07 04-08-2020 | icon 130

Adını dəyişən pedofil yoldan çıxardığı uşağa pul müqabilində bədənini masaj etdirirmiş.

Lenta.ru-nun məlumatına görə, qorxunc hadisə Moskvada yaşanıb.

Məlumata görə, Rusiya paytaxtında meşə zolağının yaxınlığında park edilmiş avtomobil polisin diqqətini cəlb edib. Onlar maşına yaxınlaşdıqda isə arxa oturacaqda kişi və yeniyetmə oğlan görüblər. Hüquq mühafizəçilərin burada nə iş görüdkləri barədə sualına cavab tapmayan ikili polis məntəqəsinə aparılıb.

Şöbədə məktəbli oğlan etiraf edib ki, ötən ilin noyabrından 30 yaşlı kişi ilə ünsiyyətdədir. Onlar sosial şəbəkədə tanış olublar, tezliklə taksi sürücüsü onu görüşə çağırıb.

Elə ilk görüşdə sürücü yeniyetmədən onu pul müqabilində bədənini bütünlüklə masaj eləməsini istəyib. Sonradan bu görüşlər mütəmadi xarakter almağa başlayıb.

Bundan başqa, taksi sürücüsü pul müqabilində uşağın intim fotolarını alıb.

Yeniyetmə bu müddətdə kişini daha iki məktəbli ilə tanış etməyə imkan tapdığını etiraf edib.

Polis araşdırmalara başlayıb, taksi sürücüsünün digər uşaqlarla hansı əlaqədə olduğunu araşdırır.

O da vurğulanıb ki, şübhəli 2008-ci ildə analoji cinayətə görə bir dəfə məhkumluq həyatı yaşayıb. Azadlığa çıxdıqdan sonra isə adını və soyadını dəyişib.